BAKI, 15 yanvar — Sputnik. İraqın paytaxtı Bağdadda ard-arda iki terror aktı törədilib. Sputnik xəbər verir ki, hadisə nəticəsində 26 nəfər dünyasını dəyişib, çoxlu sayda insan yaralanıb.
İraqın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. Polis və ordu bölgədə geniş əməliyyata başlayıb.