BAKI, 15 yanvar — Sputnik. AR Nazirlər Kabinetinin "Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası" haqqında qərarına əsasən, 2018-ci ilin 1 yanvarından etibarən idxal və ixrac üzrə gömrük rüsumlarının dərəcələri dəyişib.
2018-ci ilin 1 yanvarından mühərrikin həcmi 1500 kubmetr olan yeni avtomobillərə hər kubmetrinə görə 0, 7 ABŞ dolları gömrük rüsumu tətbiq olunmağa başlayıb. İstifadə edilmiş avtomobillər üçünsə, 1,2 dollar rüsum tutulur.
2018-ci ilin 1 yanvarına qədər mühərrikin həcmi 1500 kubmetr olan yeni avtomobillərə hər kubmetrinə görə 0, 4 ABŞ dolları, istifadə edilmiş avtomobillər üçünsə 0,7 dollar gömrük rüsumu tutulurdu.
Mühərrikin həcmi 1500 kubmetrdən yuxarı olan yeni və işlənmiş avtomobillərin gömrük rüsumu isə əvvəlki səviyyədə saxlanılıb — 0,4 və 0,7 dollar.
Bu yeniliklərin tətbiqindən sonra avtomobil bazarında real vəziyyətin necə dəyişdiyi barədə 18 yanvar saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Daşınmaz Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.