MƏDƏNİYYƏT

Qalmaqallı iddia təsdiqini tapdı

Sərgidə nümayiş olunan 21 tablodan 20-sinin saxta olduğu üzə çıxıb
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Dünya şöhrətli rəssam Amedeo Klemente Modiglianinin çəkdiyi əsərlərə baxmaq və onları almaq üçün yüzlərlə insan keçən ilin iyun ayında Cenevrədəki Palazzo Ducaledə açılan sərgini ziyarət edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, sərgi zamanı ziyarətçilər əsərlərin çoxunun orijinal olmadığını iddia edib.

Aylardır iddialar araşdırılıb və aydın olub ki, ziyarətçilər haqlıdır. Belə ki, sərgidə nümayiş olunan 21 tablodan 20-sinin saxta olduğu üzə çıxıb.