BAKI, 15 yanvar — Sputnik. 20 yanvar 1990-cı ildə sovet qoşunları rəsmi versiyaya görə "asayişi bərpa etmək" adı ilə Azərbaycanın paytaxtında və onun ətrafında yüzlərlə dinc vətəndaşı qətlə yetirib və yaralayıb.
Bu faciəli hadisələrdən əvvəl nələr olmuşdu və qətliam necə baş verdi? Bu barədə 19 yanvar saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycan SSRİ Ali Soveti sədrinin sabiq müşaviri Cahangir Nəcəfov və Aydınlar Partiyası sədrinin birinci müavini, 1990-cı illərdə Azərbaycan Xalq Hərəkatının fəallarından olmuş Qorxmaz İbrahimli danışacaqlar.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.