Bu ölkədə yenidən toqquşmalar başlayıb, ölənlər var

Əyalətdə son iki gündür ərzaq qıtlığı əleyhinə kütləvi nümayişlər keçirilir
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Venesuelada etiraz aksiyaları zamanı daha 3 nǝfǝr öldürülüb. Sputnik Azərbaycan bu barədə "Fox"a istinadən xəbər verir. Hadisə Merida əyalətində baş verib.

Qeyd edək ki, əyalətdə son iki gündür ərzaq qıtlığı əleyhinə kütləvi nümayişlər keçirilir. Ölümlərdən başqa, 16 nəfərin xəsarət aldığı da bildirilir.

Ötən il Venesuelada ǝrzaq qıtlığı sǝbǝbilə keçirilǝn aksiyalar zamanı 125 nǝfǝr hǝlak olmuşdu.