Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi

Türk topçuları Afrin bölgəsində separatçıların mövqelərinə zərbələr endirməkdə davam ediblər
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni əməliyyat anonsundan dərhal sonra Türkiyə ordusu hərəkətə keçib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ordu Suriya ilə sərhədə hərbi texnika cəmləşdirib. Baş Qərargahın əmri ilə bölgəyə tanklar və canlı qüvvə yeridilib. Şahidlər ən azı 5 tank gördüklərini bildiriblər.

Bu arada, Türkiyə ordusunun PYD/YPG-yə qarşı əməliyyatı davam edib. Türk topçuları Afrin bölgəsində separatçıların mövqelərinə zəbələr endirməkdə davam ediblər.