CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fantastika reallaşır: Sükansız və əyləcsiz maşın gəlir

Şirkət "Chevrolet Bolt" elektromobilinin əsasında "Cruise AV" avtomobilinin kütləvi istehsalını nizamlamaq niyyətindədir
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Amerikanın ən böyük avtomobil istehsalçılarından olan "General Motors" (GM) insanların ən fantastik ideyalarını reallaşdırmağa hazırlaşır. Sputnik Azərbaycan konsernin rəsmi saytına istinadən xəbər verir ki, GM 2019-cu ildə sükansız maşın istehsal etməyə hazırlaşır.
Şirkət "Chevrolet Bolt" elektromobilinin əsasında "Cruise AV" avtomobilinin kütləvi istehsalını nizamlamaq niyyətindədir.

CM-in prezidenti Den Amman bildirib ki, avtomobilin üzərində 1,5 il iş aparılıb. Onun sözlərinə görə, bu, idarəçilik elementləri — sükan və əyləclərin olmadığı ilk avtomobildir. Avtomobilin prototipini artıq San-Fransisko və Finiks küçələrində test edirlər. 

Qeyd edək ki, GM-dən əlavə "Uber" taksi servisi, "Volvo", "Ford", "Jaguar Land Rover", "Volkswagen" avtokonsernləri, eləcə də İlon Maskın "Tesla" şirkəti pilotsuz maşın hazırlığı ilə məşğuldur.