CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonda sakinləri qarət edirlər

Oğurluqla bağlı artıq polisə müraciət edilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Lənkəranda iki gün ərzində bir neçə sakininin həyətyanı sahəsindən oğurluq edilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, oğurluq hadisəsi Lənkəran rayonunun Separadi kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri Rəşad Qasımovun həyətindən bir ədəd əl burğulama maşını, Anar Sadıqovun həyətindən bir ədəd dəmirkəsən mişar, Səfi Cəfərovun həyətindən bir ədəd perforator aləti, Elçin Cəfərovun həyətindən bir ədəd elektrik qaynağı aparatı, Elşən Qasımova məxsus həyətdən isə bir ədəd velosiped oğurlanıb.

Kənd sakinlərinin verdiyi məlumata əsasən, onlara oğurluq edən şəxs və ya şəxslər tərəfindən xeyli maddi ziyan vurulub.

Oğurluqla bağlı artıq polisə müraciət edilib.