Kosmik raketin yaşayış evlərinin yanında partlamasının qorxulu anları - VİDEO

Kadrlarda görünür ki, uzunsov obyektin düşdüyü yerdə od şarı yaranır
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Çində iki naviqasiya peykini kosmosa çıxaran raketin bir hissəsinin düşməsini videoya çəkiblər. Kadrlarda görünür ki, uzunsov obyektin düşdüyü yerdə od şarı yaranır.

Sputnik Azərbaycan xəbər verir ki, partlayışın videosu "ChinaSpaceflight"in Twitter səhifəsinə yerləşdirilib.

​Güman edildiyinə görə, yaşayış evlərinin yaxınlığında raketin hissələrindən biri partlayıb. "Business Insider" qeyd edir ki, bu, öncədən planlaşdırılan addım olsa da, partlayışın yaşayış evləri yaxınlığında baş verməsi nəzərdə tutulmayıb.

Sosial şəbəkədə raketin düşdüyü yerin fotosu da yerləşdirilib. Şəkildə görünür ki, raket hələ yanmaqda davam edir.