Qonşumuzda matəm elan olundu

Çin sahillərində batan tankerdə ölənlərlə bağlı ölkədə matəm elan edilib
Sputnik

BAKI, 14 yanvar — Sputnik. İran hakimiyyəti Çin sahillərində batan tankerdə ölənlərlə bağlı ölkədə matəm elan edib.

Sputnik Azərbaycan "IRNA" agentliyinə istinadən xəbər verir ki, xəbərdə tankerdə ölənlərlə bağlı milli matəm elan edildiyi vurğulanır.

Xatırladaq ki, İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən "SANCHI" tankeri Honkonqa məxsus "CF CRYSTAL" yük gəmisi ilə Çinin şərq sahillərində toqquşub. Qəza anında tankerdə 30 İran və 2 Banqladeş vətəndaşı olmaqla, ümumilikdə 32 nəfər ölüb.

Qəza nəticəsində 136 min ton qaz kondensatı daşıyan tanker partlayıb. Yük gəmisində olan 21 ekipaj üzvünün hamısı xilas edilib.