CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda körpünün üzərində iki zəncirvari qəza - FOTOLAR

Yol-nəqliyyat hadisəsində yolun hər iki istiqamətindən gələn avtomobillər toqquşub
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Bazar günü Bakıda iki böyük zəncirvari qəza baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsindəki körpünün üzərində bir neçə avtomobil toqquşub.

1 / 3
Ziya Bünyadov prospektində qəza
2 / 3
Ziya Bünyadov prospektində qəza
3 / 3
Ziya Bünyadov prospektində qəza

Şahidlər bildirilər ki, yol-nəqliyyat hadisəsində yolun hər iki istiqamətindən gələn avtomobillər toqquşub. Bir tərəfdən ən azı 5-6, digər tərəfdən isə 2-3 maşın bir-birinə dəyib. Hadisə nəticəsində yolda müvəqqəti tıxac yaranıb.

Hələlik yaralılar barədə məlumat yoxdur.