Elxan Şahinoğlu: “Bundan sonra da prezidentlər gərginliyin qarşısını alacaqlar”
Rusiya hərbiyyəsi bu yaxınlarda Suriyadakı Hmeymim hərbi hava və Tartusdakı hərbi dəniz bazalarına 13 dronla hücumu Türkiyənin dəstəklədiyi qiyamçıların həyata keçirdiyini bildirib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu hadisə Türkiyə və Rusiya arasında gərginliyə səbəb olsa da, prezidentlərin telefon danışığı buna son qoydu:
“Prezidentlər arasındakı əlaqə münasibətlərin gərginləşməsinə imkan vermir. Həmçinin Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bildirib ki, Suriyada baş verən son hadisələrdə Türkiyənin rolu yoxdur”.