Səfir Trampa etiraz olaraq istefa verdi

ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb
Sputnik

BAKI, 13 yanvar — Sputnik. ABŞ-ın Panamadakı səfiri Con Filey prezident Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrini nəzərdə tutaraq işlətdiyi "iyrənc ölkələrdən gəlirlər" ifadəyə etiraz olaraq istefa verib. Sputnik Azərbaycan teleqraf.com-a istinadən xəbər verir ki, Filey ABŞ XİN-ə təqdim etdiyi istefa ərizəsində bundan sonra Tramp administrasiyasına xidmət etməyəcəyini bildirib.

ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb.

C.Filey Barak Obamanın prezidentliyi dövründə — 2015-ci ildə Panamaya səfir təyin edilmişdi.

Qeyd edək ki, Tramp Ağ Evdəki toplantıda "Nə üçün bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik", — deyə bildirib.