Qara qar yağdı

"Arcelor Mittal" isə hava çirkliliyində böyük rol oynadıqları istiqamətində olan iddiaları rədd edir
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Qazaxıstanda qara qar yağıb. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Qazaxıstanın Temirtau şəhərinə qara qar yağıb. Sosial şəbəkələrdə bununla bağlı "belə yaşaya bilmərik, boğuluruq" deyə şərhlər verib.

Hazırda bir qrup alim qara qarın yağma səbəblərini araşdırır. BBC-nin məlumatına görə, Temirtau Qazaxıstanın dəmir istehsalı üzrə böyük mərkızidir. Bu şəhərdə "Arcelor Mittal" adlı böyük bir müəssisə var.

Şəhər sakinləri qara qarın yağma səbəbini də dəmir-polad istehsalı müəssisələrinin olması ilə əlaqələndirir. "Arcelor Mittal" isə hava çirkliliyində böyük rol oynadıqları istiqamətində olan iddiaları rədd edir.

Temirtaunun yerləşdiyi Karaqanda əyaləti ölkədə havası ən çirkli və səmaya ən çox çirkli havanın buraxıldığı bölgədir.