BAKI, 13 yanvar — Sputnik. Çexiya Prezidenti Miloş Zeman seçki məntəqəsində xoşagəlməz sürprizlə qarşılanıb. “Femen” hərəkatının üzvü Anjelina Diaş qəfildən köynəyini çıxararaq, prezidentə hücum edib.
Yarıçılpaq qadın prezidentə yaxınlaşaraq Zemanı kobud ifadələrlə təhqir edib.
Angelina Diaşı prezidentin cangüdənləri salondan uzaqlaşdıra biliblər. Qadın “xuliqanlıq” maddəsi ilə ittiham olunaraq 48 saat müddətinə həbs edilib.
Sputnik Azərbaycan həmin anları təqdim edir: