BAKI, 13 yanvar — Sputnik. Mars planetində 8 buzlaq aşkar edilib. Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə Amerika Milli Kosmik Agentliyi (NASA) məlumat yayıb.
Aşkarlanan buzlaqların çoxsaylı laylardan ibarət olduğu bildirilib. Tədqiqatın yekununa uyğun olaraq, planetin iqlim tarixi barədə daha detallı məlumatlar əldə etmək mümkün olacaq.
NASA-ya aid "HiRISE" kamerası çəkdiyi fotoları qurumun rəsmi saytına yükləyib.
Buzlaqların qalınlığının 100 metrdən çox olduğu qeyd olunub. Onların üzəri 2 metr qalınlığında toz təbəqəsi ilə örtülüb.