CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qısqanc ər arvadını qanına qəltan etdi

O, arvadının ona xəyanət etdiyindən şübhələnsə də, sübutu olmayıb
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Bakıda kişi həyat yoldaşını bıçaqlayıb. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon hüquq-mühafizə orqanlarından bildiriblər.

Yanvarın 12-si saat 16:00-da Kürdəxanı qəsəbəsində 1983-cü il təvəllüdlü İmamverdiyev Səbuhi Adıgözəl oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü İmamverdiyeva Rəna Əfqan qızını qarnından bıçaqlayıb. Nəticədə, qadın ağır vəziyyətdə 3 nömrəli Klinik Xəstəxanaya yerləşdirilib.

İmamverdiyev Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin versiyaya görə, kişi həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayıb. O, arvadının ona xəyanət etdiyindən şübhələnsə də, sübutu olmayıb. Nəticədə ər-arvad arasında mübahisə başlayıb və cinayət törədilib.

Qeyd edək ki, İmamverdiyevlərin 3 uşağı var. Hadisə zamanı uşaqlar evdə olmayıblar.