BAKI, 12 yanvar — Sputnik. Başqasının "WhatsApp" yazışmalarına daxil olmağın yolu tapılıb. Sputnik Azərbaycan “The Wired”ə istinadla xəbər verir ki, kriptoqrafiya sahəsində ixtisaslaşmış alman mütəxəssislər başqalarının Whatshap yazışmalarına daxil olmağın üsulunu tapıb.
Tədqiqatlar göstərib ki, istənilən istifadəçi administratorun razılığı olmadan çata yeni istifadəçilər əlavə edə bilər. Yeni üzv əlavə edildikdən sonra o, bütün yazışmaları oxuya bilər.
"WhatsApp" qarşılıqlı şifrələmə prinsipindən istifadə edir. Bu prinsipə görə, istifadəçilərin yazışmaları serverdə deyil, onların qurğularında qalır. Məlumata görə, serverə ancaq kompaniyanın əməkdaşları, hökumət və hakerlər daxil ola bilər.
“Facebook”un (“WhatsApp”a da sahibdir — red.) təhlükəsizlik xidmətinin rəhbəri “Twitter” hesabında bildirib ki, çat qrupunun iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.