BAKI, 12 yanvar — Sputnik. ""Vikipediya"da 40 milyon məqalə mövcuddur". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk deyib.
O bildirib ki, son bir ayda "Vikipediya"nın Azərbaycan bölməsinin 700-ə yaxın aktiv istifadəçisi olub: "Vikipediya" milyardlarla girişi olan resursdur. İdarəçilər və fəallar tərəfindən "Azərbaycan Vikipediya"da 130 mindən çox məqalə yaradılıb".
"Vikipediya"da 200-dən çox dil qrupu mövcuddur. Azərbaycan burada 51-ci yerdə qərarlaşıb. İstərdik ki, bizim elm adamları da "Vikipediya"da fəal olsunlar. "Vikipediya" həm də həqiqətlərimizin dünyaya çatdırılması üçün uğurlu vasitədir" — E.Eltürk vurğulayıb.