“Kişi” Martin ərə getdi...

Dörd il müddətində Martin iqtisadçı Karlos Qonsales Abelloy ilə münasibətdə olub
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Müğənni Riki Martin isveçli rəssam dostu Coene Yuseflə evlənib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

O bildirib ki, nikah bağlanıb, amma hələ toy olmayıb. Onun sözlərinə görə, onlar bütün müvafiq sənədləri imzalayıblar, and içiblər və nikah müqaviləsi bağlayıblar. "O mənim ərimdir, mənim kişimdir" – deyə Martin bildirib.

Toyun dəqiq vaxtı hələ müəyyənləşməyib. Ancaq müğənni bir neçə aydan sonra bu hadisəni qeyd etməyi düşünür. Mərasimin 3 gün davam edəcəyini bildirən müğənni jurnalistlərə “bunun haqqında bilən ilk siz olacaqsınız” deyib.

Xatırladaq ki, Martin Yuseflə 2016-cı ildə öz kolleksiyası üçün incəsənət əsəri axtaran zaman tanış olub. İş münasibətləri zamanla şəxsi münasibətlərə çevrilib. 2016-cı ilin noyabr ayında müğənni Ellen Dedcenerein teleşousunda nişanlanma xəbərini elan edib.

Homoseksual olması barəsində isə müğənni 2010-cu ildə məlumat verib. Dörd il müddətində Martin iqtisadçı Karlos Qonsales Abelloy ilə münasibətdə olub. 2014-cü ildə cütlük ayrılıb.