SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərəb ölkələri arasında yeni qarşıdurma

Məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən hələlik hər hansı açıqlama verilməyib
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Qətər Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) BMT Təhlükəsizlik Şurasına şikayət edib. Sputnik Azərbaycan "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, buna səbəb BƏƏ-yə məxsus döyüş təyyarələrinin Qətərin hava məkanını pozmasıdır.

BMT-yə ünvanlanan şikayət məktubunda qeyd olunub ki, BƏƏ-nin bu davranışı təkcə Qətər dövlətinin suverenliyini, sərhəd və torpaq təhlükəsizliyini deyil, eyni zamanda beynəlxalq qanunları da açıq şəkildə pozmaqdır.

Şikayətdə, həmçinin vurğulanıb ki, pozuntu halları təkrarlanarsa, Qətər öz hava məkanını və milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbiri görəcək.

Məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən hələlik hər hansı açıqlama verilməyib.