RUSİYA

Kremldən Ağ Evə mesaj: Bizdən asılı deyil

Vladimir Putin: "Moskva-Vaşinqton münasibətlərinin yaxşılaşması ABŞ-ın özünün maraq dairəsindədir"
Sputnik

BAKI, 12 yanvar — Sputnik. "Rusiya-Amerika münasibətlərinin normallaşması Vaşinqtondan asılıdır". Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.

KİV rəhbərləri ilə görüşən Kreml rəhbəri deyib ki, amerikalılar münasibətlərin normallaşması üçün cəsarət və sağlam düşüncə nümayiş etdirməlidirlər: "Onlar sağlam düşüncə nümayiş etdirsələr, cəsarətli davransalar, başa düşəcəklər ki, Moskva-Vaşinqton münasibətlərinin yaxşılaşması ABŞ-ın özünün maraq dairəsindədir. Hər şey normala dönsə, münasibətlər də inkişaf edəcək".

"Əlaqələrin düzəlməsi Moskvadan asılı deyil" — Rusiya prezidenti əlavə edib.