HADİSƏ

Elçibəy dövrünün məmuru vəfat edib

Rasim Şərifov 1992-1993-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb
Sputnik

BAKI, 12 yanvar — Sputnik. İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rasim Şərifov dünyasını dəyişib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, R.Şərifov 63 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, doğulduğu Hacıhətəmli kəndində (İsmayıllı rayonu) torpağa tapşırılacaq. Qeyd edək ki, 1955-ci il təvəllüdlü R.Şərifov 1992-1993-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.