CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“iPhone X” artıq sahiblərinə ağrı verməyə başlayıb...

Telefonun displeyində problemlər (yanması, qəribə yaşıl xətlər), dinamikin qüsurları və “Face ID”nin pis işləməsi müşahidə edilib
Sputnik

BAKI, 12 yanvar — Sputnik. “iPhone X” istifadəçiləri artıq telefonlarından şikayətçidirlər.

Sputnik Azərbaycan “Phonearena”ya istinadən xəbər verir ki, tez bir zamanda populyarlıq qazanan “iPhone X”dən istifadə zamanı insanların saç, saqqal və bığları korpus ilə ekranın arasına ilişir və dartılaraq onları incidir.

Smartfon sahibləri bu problemə qarşı yeganə çıxış yolu tapıblar – telefona üzlük almaq.

“iPhone X” telefonu 2017-ci ilin noyabr ayında satışa çıxarılıb. Satışa çıxarılandan istifadəçilər ondan şikayət etməyə başlayıblar. Telefonun displeyində problemlər (yanması, qəribə yaşıl xətlər), dinamikin qüsurları və “Face ID”nin pis işləməsi müşahidə edilib.