HADİSƏ

Daha bir gəncimiz tükürpədici əməl törətdi

Mərhum bir neçə gün öncə öz həyat yoldaşı ilə mübahisə edib və qadın uşaqları da götürərək atası evinə gedib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Bu gün səhər saatlarında Lənkəranda intihar hadisəsi baş verib. Hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. Belə ki, 27 yaşlı İsmayılov Şərafəddin Rəfael oğlu öz həyətlərindəki təndirxanada özünü asıb.

Şərafəddin İsmayılovun yaşadığı ev

Mərhumun əmisi İsmayılov Xalıq Səlim oğlunun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, Ş.İsmayılovu səhər saatlarında təndirxanada asılı vəziyyətdə aşkar ediblər: "Eyni həyətdə yaşayırıq. Səhər qardaşım Rəfael qışqıra-qışqıra gəldi ki, "oğlum özünü təndirxanada asıb, gəl onu düşürək". Mən də dərhal 102-yə zəng edib hadisəni bildirdim".

Şərafəddin İsmayılovun yaşadığı evin həyətindəki təndirxana

Gəncin intihar səbəbləri hələlik heç kimə məlum deyil. Lakin ailədən öyrəndiyimizə görə, mərhum bir neçə gün öncə öz həyat yoldaşı ilə mübahisə edib və qadın uşaqları da götürərək atası evinə gedib.

Lənkəran Rayon Şöbəsi

Şərafəddin İsmayılovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.