Anar İskəndərov: “AXC Azərbaycan xalqının tolerantlıq göstəricisidir”
Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Tarix elmləri doktoru, professor Anar İskəndərov Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin bu Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) çox böyük dövlət olduğunu bir daha göstərdi:
“1918-1920-ci illərdə mövcud olmuş AXC Azərbaycan xalqının şərəf tarixidir. Biz AXC-nin siyasi varisləriyik”.