HADİSƏ

Türk dünyasına ağır itki

Xalq ozanı Ahmet Şatıroğlu 84 yaşında dünyasını dəyişib
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Məşhur türk ozanı Aşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu 84 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan "Posta"ya istinadən xəbər verir ki, Sivas vilayətinin Şarkışla rayonunda yaşayan Şatıroğlu uzun müddət idi ki, şəkər, yüksək təzyiq, prostat, xolestrol və alzaymer xəstəliklərindən əziyyət çəkirdi.

"13 aydır ki, ancaq sıyıqla qidalanırdı. Dünən saat 17:30-da vəziyyəti ağırlaşdı, 18:30-da da Haqqa qovuşdu" — xalq ozanının həyat yoldaşı Türkan Ertemur deyib.

Aşığın ölüm xəbərini eşidən bələdiyyə sədri Akif Pektaş onun evinə gələrək ailəsinə başsağlığı verib. Mərhumun şənbə günü dəfn ediləcəyi bildirilib.

Aşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu