BAKI, 11 yanvar — Sputnik. Lerik rayonunda zəlzələ olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:13:22-də Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.4, dərinliyi 33 km olub.