Mais Ağayev: “Qəzaların əsas səbəbi sürücülərin qeyri-peşəkarlığıdır”
Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsi elan edib. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Sputnik Azərbaycan-a deyir ki, bu gün ictimai nəqliyyatda qəzaların baş verməsinin əsas səbəbi sürücülərin qeyri-peşəkar olmasıdır:
“Bəzən ictimai nəqliyyatda sürücülük edən şəxslərin nəinki avtobus, ümumiyyətlə hər hansı nəqliyyat vasitəsini idarə etmək üçün vəsiqəsi olmadığı aşkarlanır. Bütün bu problemlərin səbəbi odur ki, sürücülər işə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmir”.