CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nazirliyin səlahiyyətləri azaldıldı

"Azərkosmos" ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb
Sputnik

BAKI, 11 yanvar — Sputnik. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Sənədə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarına əsasən, "Azərkosmos" ASC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına daxil edilib.