BAKI, 11 yanvar — Sputnik. Son zamanlar dəm qazı səbəbi ilə ölənlərin sayı artır. Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar olaraq fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhaliyə xəbərdarlıq edib. Sputnik Azərbaycan FHN-ə istinadla xəbər verir ki:
— qaz cihazı saz və standartlara uyğun olmalı;
— cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
— havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
— hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
— tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
"Yadda saxlayın: Dəm qazı iysizdir, hiss edilmir. O, öldürücüdür. Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır" — FHN bəyan edir.