CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir ağır avtobus qəzası: betonqarışdıran maşınla toqquşdu

Toqquşma nəticəsində 14 yaşlı sərnişinin boğazı və əli kəsilib
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

Qəza nəticəsində avtobus ciddi zədələnib

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Betonqarışdıran maşın avtobusla toqquşmadan sonra

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğazını və əlini kəsib.

Hadisə yerinə təcili yardım maşını gəlib.