ABŞ-dan yeni İran açıqlaması

ABŞ İranın insan hüquqlarını pozmasına səssiz qalmayacağını bəyan edib
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Ağ Ev İrandakı etirazlar zamanı həbs olunanlara görə ABŞ-ın narahatlıqları ilə bağlı yazılı açıqlama yayıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, yazılı açıqlamada bəzi etirazçılara işgəncə verildiyi və hətta öldürüldüyü iddialarının narahatlıq doğurduğu bildirilir. Rəsmi Vaşinqton İranı hədələməkdə də davam edib: "İran diktatorluğunun insan hüquqlarını pozmasına səssiz qalmayacağıq".

ABŞ İrandakı bütün siyasi dustaqların buraxılmasını da tələb edib.