HADİSƏ

ABŞ səfirliyinin binası ətrafında şübhəli paket tapıldı

Paketin zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Danimarkanın paytaxtı Kopenhagendəki ABŞ səfirliyinin binası yaxınlığında şübhəli paket tapılıb. Sputnik Azərbaycan bu barədə "Daily Mail"-ə istinadən xəbər verir.

Hadisə ilə bağlı səfirliyin ətrafında təhlükəsizlik tədbriləri gücləndirilib. Polis şübhəli paketin içərisində bomba olub-olmaması barədə məlumat verməyib.

Paketin zərərsizləşdirilməsi istiqamətində əməliyyat artıq başa çatıb.