RUSİYA

Putinlə Ərdoğan görüşməyəcək

Kremlin mətbuat katibi: "Hər üç ölkənin ekspertləri səviyyəsində kifayət qədər intensiv əlaqələr mövcuddur"
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Yanvarın 29-da Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresindən əvvəl Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü planlaşdırılmır. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Hər üç ölkənin ekspertləri səviyyəsində kifayət qədər intensiv əlaqələr mövcuddur. Hələ ki, prezidentlər səviyyəsində görüş planlaşdırılmayıb. Ancaq bilirsiz ki, ehtiyac yaranarsa, bu cür görüşlər operativ şəkildə təşkil olunur" – Peskov deyib.

Kremlin mətbuat katibi əlavə edib ki, Soçidəki Konqres iştirakçılarının razılaşdırılması üçün zamin ölkələrin — Rusiya, Türkiyə və İranın davamlı olaraq birgə işləməsi vacibdir.