BAKI, 10 yanvar — Sputnik. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident iclasda giriş nitqi söyləyib.
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər. Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.