ABŞ-ın gələcək prezidenti bu şəxs ola bilər

ABŞ-ın növbəti prezidenti qaradərili xanım ola bilər
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Amerikanın PizzaSlime и F ** Jerry şirkəti məşhur teleaparıcı və aktrisa Opra Unfrini (Oprah Winfrey) ABŞ-ın növbəti prezidenti olmağa səsləyən geyim kolleksiyası hazırlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə HypeBae nəşri bu gün xəbər yayıb.

Məlumatda qeyd olunur ki, üzərində "Oprah 2020" loqosu olan qara, mavi və ağ rəngli qısaqol köynəklər, idman stili sviterlər və kepkalar Uinfriyə prezident seçkilərində namizədliyini irəli sürməyi təklif edir.

Bəzi geyimlərin üzərində isə aktrisanın "Qızıl qlobus" mükafatının təqdimetmə mərasimindəki çıxışından "A new day is on the horizon" (Yeni gün artıq üfüqdədir) sitatı yer alıb. 

Donald Tramp: Mən bir dahiyəm

Sözügedən geyimləri 25-60 dollara almaq mümkün olacaq.

Qeyd edək ki, "Qızıl qlobus" mükafatının 75-ci təqdimat mərasimi yanvarın 8-də keçirilib. Mərasimdə Opra Uinfri kinematoqrafiya və televiziyadakı xidmətlərinə görə, Sesilya B.DeMilla (Cecil B. DeMille) fəxri mükafatına layiq görülüb. Prizi alarkən teleaparıcı qadınları öz hüquqları uğrunda mübarizəyə səsləyən nitq söyləyb. O, həmçinin deyib ki, ən güclü silah həqiqətdir.

Bir sıra KİV onun çıxışını 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə hazırlıq kimi qiymətləndirib. İki gündür ABŞ mediasında Uinfrinin prezidentlik postuna namizədliyi məsələsi müzakirə olunur. O, Amerikanın populyar və çox sevilən qaradərili məşhurlarındandır. Barak və Mişel Obama ailəsinin yaxın adamı kimi tanınır. Demokratların namizədi kimi Obamanı seçki kampaniyasında müdafiə edib.