BAKI, 10 yanvar — Sputnik. Pakistan İslam Respublikası ABŞ-la müdafiə və kəşfiyyat sahəsində olan əməkdaşlığını dayandırıb. Sputnik Azərbaycan bu barədə "Əl-Cəzirə"yə istinadən xəbər verir.
Əməkdaşlığın dondurulması ilə bağlı qərarı Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan açıqlayıb.
Nazir bu addımın Amerikanın Pakistana maliyyə yardımını dondurmaq qərarı ilə bağlı olduğunu bildirib.
"Artıq açıq dialoqun vaxtı çatıb. Hər şey qarşılıqlı olacaq. Əlbəttə hörmət çərçivəsində" — Xan qeyd edib.
Xatırladaq ki, keçən həftə ABŞ Dövlət Departamenti, terror təşkilatları ilə qətiyyətli mübarizə aparmayanadək Pakistana təhlükəsizlik sahəsində edilən maliyyə yardımının dayandırılacağını bildirmişdi.