Dövlət idarəsi Müdafiə Nazirliyinə qarşı dava açdı

İddia üzrə məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək
Sputnik

BAKI, 10 yanvar — Sputnik. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Müdafiə Nazirliyini (MN) məhkəməyə verib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, "Azəriqaz" istifadə olunmuş təbii qazın dəyərinin MN tərəfindən ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddia üzrə məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.