CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanvəli: “Azərbaycanda quş qripi xəstəliyi aşkar olunmayıb”

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyir ki, quş qripi virusu aşkar edilmiş yerlərdən quş ətinin gətirilməsi qadağan edilib
Sputnik

Yolçu Xanvəli: “Ölkəmizdə quş qripinin yayılmaması üçün müvafiq nəzarət həyata keçirilir”
Rusiyada quş qripi virusunun aşkarlanması Azərbaycanda da bu təhlükənin yayılması ehtimalını gündəmə gətirir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Sputnik Azərbaycan-a deyir ki, 2017-ci il ərzində 4 dəfə quş qripi xəstəliyinə görə çöl quşları və sənaye quşlarından nümunələr götürərək Respublika Baytarlıq Labarotoriyasında müayinələr aparılıb: 

“Müayinələrin nəticəsi olaraq Azərbaycanda quş qripi xəstəliyi aşkar olunmayıb. Həmçinin quş qripi aşkar edilmiş digər ölkələrdən də quş ətinin gətirilməsinə qadağalar qoyulub”.