CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın növbəti marşrut xəttində dəyişiklik edilib

Dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək
Sputnik

BAKI, 10 yanvar — Sputnik. 6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

"BakuBus" MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Məlumat üçün bildirək ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.