Sərt qışın möcüzəsi: Heyvanlar da dondu

Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi alliqatorlar oyanacaq
Sputnik

BAKI, 9 yanvar — Sputnik. ABŞ-ın Şimali Karolina ştatında "Shallotte River Swamp Park" Milli Parkında alliqatorlar (timsah) su ilə birgə donublar.

Sputnik Azərbaycan-ın "Report"a istinadən verdiyi xəbərə görə, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar.

Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi, alliqatorlar oyanacaq.

Qeyd edək ki, son həftələr ABŞ-ın bir sıra ştatlarında şaxtalı hava hökm sürür və qar yağır. Havanın temperaturu 30 dərəcəyə qədər enib, donanlar var.