HADİSƏ

Bakıda səfirlik işçisinin evindən oğurluq olub

Braziliyanın Azərbaycandakı səfirliyinin işçisinin evindən oğurluq olub
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Braziliyanın Azərbaycandakı səfirliyinin qadın əməkdaşının evindən oğurluq olub.

"Report"un məlumatına görə, səfirliyin baş mühasibi K.M.-nın Səbail rayonu, Badamdar qəsəbəsindəki evindən televizor, noutbuk və planşet oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.