HADİSƏ

Polis maştağalı qızı axtarır

Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva yanvarın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Sputnik Azərbaucan APA-ya istinadən xəbər verir ki, evdən çıxarkən N.Mirzəyevanın əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub.

Polis itkin düşən yeniyetmə qızın fotosunu da təqdim edib. Onu görənlərdən (012) 455-44-32, (012) 455-02-02 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.