Manat xarici valyutalar qarşısında bahalaşdı

Mərkəzi Bank rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Yanvar ayının 9-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 8-i ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0346 manata, rubl/manat məzənnəsi isə 0,0298 manata düşüb.

Yanvarın 8-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0445 manata, 1 rubl 0,0299 manata bərabər idi.