HADİSƏ

İntihar etmiş gəncin meyiti tapıldı

Məlik Cahangirovun cəsədi aidiyyatı üzrə təhvil verilib
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​