Dünyanın həyəcanla gözlədiyi razılıq əldə olundu

KXDR idmançıları bu ilki Qış Olimpiadasında iştirak hüququ əldə edib
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Bu gün səhər Panmunjomun sərhəd məntəqəsində Cənubi Koreya ilə Şimali Koreya rəsmiləri arasında münasibətlərin normallaşması ilə bağlı görüş keçirilib. Sputnik xəbər verir ki, danışıqlar müsbət şəraitdə keçib.

Görüşdə əsas müzakirə mövzusu ikitərəfli əlaqələrin inkişafı üçün ciddi işlərin görülməsi, həmçinin Şimali Koreya idmançılarının bu il Cənubi Koreyada keçiriləcək 2018-ci il Qış Olimpiadasında iştirakı məsələləri olub.

Tərəflərin razılığı nəticəsində KXDR idmançıları bu ilki Qış Olimpiadasında iştirak hüququ əldə edib.