Yolda benzini qurtardı, polis çağırıb borc pul aldı

Məşhur aktyorun başına iş gəldi
Sputnik

BAKI, 9 yanvar — Sputnik. "Vətənim sənsən" serialında rol alan aktyor Ufuk Bayraktar yolda çətin anlar yaşayıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saat 05:00 radələrində məşhur aktyorun avtomobilinin benzini bitib və o, yolda çıxılmaz vəziyyətə düşüb. 36 yaşlı aktyor pulqabını evdə unutduğu üçün benzin ala bilməyib.

Türkiyəli aktyor Ufuk Bayraktar polis əməkdaşlarından yanacaq üçün pul alarkən

Pulsuz qalan Ufuk Bayraktar maraqlı çıxış yolu tapıb. Aktyor özünü itirməyərək polisə zəng vurub və çağırışa gələn polis əməkdaşlarından benzin üçün borc pul alıb.