MƏDƏNİYYƏT

Xalq artistlərinin 500 min manatlıq davası ilə bağlı hökm verildi

"Bizim əlimizdə faktlar olduğu halda iddiamız qəbul edilmədi"
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin qarşılıqlı iddiaları təmin olunmayıb. Bu barədə Sputnik Azərbaycan-a Məleykə Əsədovanın vəkili hüquqşünas Tağı Hüseynov məlumat verib.

Məleykə Əsədova: "Ramiz Məlik şərtimə əməl etməsə, təzminatı ödəməlidir"

O bildirib ki, Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qarşı iddiaları üzrə məhkəmə iclası davam edib: "Prosesdə qərar elan edilib. Qərara görə, hər iki tərəfin iddiası məhkəmə tərəfindən təmin edilməyib. Həqiqətən çox gülünc qərar idi. Bizim əlimizdə faktlar olduğu halda iddiamız qəbul edilmədi".

T.Hüseynov daha sonra əlavə edib ki, M.Əsədova hazırda ölkədə olmadığı üçün mətbuata hər hansı bir açıqlamanın verilməsini istəmir: "Amma Xalq artisti mübarizəsini davam etdirəcək".

Xatırladaq ki, Məleykə Əsədova Ramiz Məlikdən şərəf və ləyaqətini təhqir etdiyinə görə 200 min manat məbləğində təzminat tələb edir. Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

R.Məlik də qarşılıqlı olaraq iddia qaldırararq M.Əsədovadan 300 min manat təzminat tələb edcəyini bildirmişdi.