HADİSƏ

Suriyada baş verən partlayışlar nəticəsində onlarla insan həlak olub

Suriyada güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, 70-i yaralanıb
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Suriyanın İdlib şəhərində baş verən güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, daha 70 insan yaralanıb.

Bu barədə “Report” xəbər verir.

Məlumata görə, şəhərdə avtomobillərin park edildiyi ərazidə ard-arda 4 partlayış qeydə alınıb.

"Sky News Arabiya"nın məlumatına görə, İdlibdə minalanmış avtomobil partladılıb. Partlayış "Qafqaz qruplaşması"nın qərargahının yaxınlığında baş verib.